Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının 20-ci ildönümü dünya mətbuatında

 Bakı, 27 fevral (AZƏRTAC). Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı geniş məqalələr dərc etmiş, reportajlar yaymışdır.

ABŞ-ın “New York Times” və “Washington Post” qəzetlərinin 25 fevral tarixli nömrələrində bütöv bir səhifə Xocalı soyqırımına həsr olunmuşdur. Bu ölkənin ən çox izləyici auditoriyası olan CNN, CNBC telekanallarında da Xocalı soyqırımına həsr olunmuş reportajlar yayımlanmışdır. Bütün bu materiallarda 20 il əvvəl ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi cinayət barədə məlumat verilir. Bildirilir ki, insan hüquqlarına dair Beynəlxalq “Human Rights Watch” təşkilatı bu faciəni bəşər tarixinin ən dəhşətli soyqırımı adlandırmışdır. Materiallarda Ermənistanın Azərbaycanın Xocalı şəhərində qətliam törətdiyini etiraf etməsi xüsusi vurğulanır.

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda 85 mindən çox insanın iştirakı ilə keçirilmiş ümumxalq yürüşü də dünyanın əksər nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. ABŞ-ın “Washington Post”, “New York Times”, “Sun Sentinel”, “Boston Globe” və digər nüfuzlu qəzetləri ümumxalq yürüşü ilə bağlı məqalələr dərc etmişdir. Məqalələrdə bildirilir ki, Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək məqsədi ilə keçirilən və ön sırasında Prezident İlham Əliyevin olduğu yürüşdə on minlərlə insan iştirak etmişdir.

ABŞ-ın “Associated Press”, “Reuters” agentliklərinin də saytlarında Xocalı soyqırımı, eləcə də faciənin 20 illiyi ilə bağlı keçirilən tədbirlər barədə yazılar yerləşdirilmişdir. Yazılarda bildirilir ki, 20 il əvvəl Xocalıda qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla 613 nəfər dinc sakin qətlə yetirilmişdir.

Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Bakıda və İstanbulun Taksim meydanında keçirilmiş izdihamlı yürüşlərlə bağlı “Euronews” telekanalı reportaj yaymışdır.

Türkiyənin “Hürriyet” qəzeti də Bakıda keçirilən ümumxalq yürüşü ilə bağlı geniş məqalə dərc etmişdir. Məqalədə qeyd edilir ki, əllərində Xocalı soyqırımı ilə bağlı şəkillərin və digər faktların əks olunduğu plakatlar tutan on minlərlə insan faciənin təqsirkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar səsləndirmişlər.

Türkiyənin “CNN türk” televiziya kanalının “Əyrisi - doğrusu” proqramında da XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından bəhs olunmuşdur.

Fransanın “France 24” telekanalı da Xocalı soyqırımının 20 illiyi ilə bağlı reportaj yaymışdır. Reportajda Xocalıda 613 dinc sakinin erməni silahlı birləşmələri tərəfindən qətlə yetirildiyi, hazırda Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşadığı vurğulanmışdır.

Almaniyanın nüfuzlu “Die Welt”qəzetinin 25 fevral tarixli nömrəsində Xocalı faciəsi və bütövlükdə Dağlıq Qarabağ münaqişəsi haqqında “Püskürən vulkana bənzəyən emosiyalar” sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə 20 il bundan əvvəl yüzlərlə azərbaycanlının Xocalıda qətlə yetirildiyi vurğulanmışdır.

Rusiyanın “Argumenti nedeli” qəzetində “Xocalının 20 ili: mərhəmət qıtlığı və yaddaş siyasəti” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etməsi, 613 dinc sakinin həyatına son qoyması Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri olmaqla amansız hərbi cinayətdir.

Rusiyanın “Rossiya 24” telekanalında Bakıda keçirilmiş izdihamlı ümumxalq yürüşü haqqında reportaj yayımlanmışdır. Xocalı soyqırımı ilə bağlı məlumatların da yer aldığı reportajda ön sırada Prezident İlham Əliyev olmaqla on minlərlə insanın faciə qurbanlarının xatirəsini ehtiramla yad etdiyi qeyd edilir.

“Exo Moskvı” radiostansiyasının saytında “Xocalı soyqırımının 20-ci ildönümü və ya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vəziyyət nə yerdədir?” sərlövhəli məqalə yerləşdirilmişdir. Məqalənin müəllifi Xocalı qırğını haqqında ətraflı bəhs edir, Moskvada azərbaycanlılara Ermənistan səfirliyi qarşısında mitinq keçirməyə icazə verilməməsinin səbəblərini başa düşmədiyini qeyd edir.

Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı geniş məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, Xocalı hadisələrindən 20 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı erməni silahlı qüvvələrinin törətdiyi bu soyqırımını unutmur. Qeyd edilir ki, bu faciəni unutmaq mümkün deyildir. Çünki ermənilər nə qadınlara, nə uşaqlara, nə də yaşlılara rəhm etməmiş, hətta meyitləri də təhqir etmişlər.

Macarıstanın “Népszava” qəzetində Xocalı soyqırımından bəhs edən “Qarabağ cəhənnəminin 20-ci ildönümü” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Xocalı faciəsinin tarixi, dinc sakinlərin erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi haqqında yazır.

Pakistanın geniş oxucu kütləsinə malik, urdu və ingilis dillərində nəşr olunan “Daily İttehad” qəzetinin də baş səhifəsi bütünlüklə Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmişdir.

“Xocalı soyqırımı 20 il - erməni vəhşiliyinin zirvəsi” sərlövhəli yazıda bu qətliamı ətraflı təsvir edən şəkillər də yer almışdır. Bu qəzetin 27 fevral nömrəsi bütövlükdə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuşdur. Qəzetin ana səhifəsində “Xocalı - 20 il. Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcək və layiqli cəzalarını alacaqlar. İlham Əliyev” başlıqlı xüsusi reportaj dərc edilmişdir.

AZƏRTAC-ın fevralın 26-da Azərbaycan, ingilis, rus, fransız, ərəb və alman dillərində hazırladığı “Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak etmişdir” sərlövhəli geniş reportajı fotoşəkillərlə birlikdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) saytlarında yer almışdır. Reportajda bildirilir ki, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyır.

Türkiyənin İstanbul şəhərinin Taksim meydanında keçirilən izdihamlı yürüş-mitinq barədə AZƏRTAC-ın xüsusi müxbirlərinin hazırladığı material da həmin beynəlxalq xəbər qurumlarının elektron resurslarında verilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər barədə AZƏRTAC-ın informasiyalarından həmin beynəlxalq qurumların üzvü olan ölkələrin xəbər agentliklərinin internet səhifələrində geniş istifadə olunmuşdur.

Pakistanın “Daily Times” qəzetinin 27 fevral tarixli nömrəsində “Azərbaycan Dağlıq Qarabağ şəhidlərini yad edir” sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə fevralın 26-da Bakıda keçirilmiş ümumxalq yürüşü və İstanbulun Taksim meydanında təşkil olunmuş nümayişdən geniş məlumat verilmişdir.

Liviyanın aparıcı KİV-lərində də Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlə geniş işıqlandırılmışdır.

Fevralın 25-də “Qurina Əl-Cədidə” həftəlik qəzetinin internet səhifəsində “Dəhşətli Xocalı qətliamının acılı anımı və onun insanlığa qarşı təhlükələri” başlıqlı məqalə yerləşdirilmişdir. Fevralın 26-da “Libya” dövlət televiziyasında ərəb dilində səsləndirilmiş “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilmişdir.

AZƏRTAC-ın Tehrandakı xüsusi müxbirinin “Xocalı soyqırımı - XX əsrin ən dəhşətli bəşəri faciəsi” sərlövhəli məqaləsi İranda fəaliyyət göstərən “Azərbaycan Cümhuriyyəti” veb-saytında Azərbaycan, rus və fars dillərində yerləşdirilmişdir.

Müəllif Avropa ölkələrinin bir sıra nüfuzlu mətbuat və informasiya orqanlarında Xocalı soyqırımı ilə bağlı yayılan məlumatları tədqiq etmişdir. Həmin informasiyaların hər birində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən faktlar oxucuların diqqətinə çatdırılmışdır.

Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin rəsmi saytı Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı dünya ölkələrində keçirilmiş anma mərasimləri haqqında ümumiləşdirilmiş məlumat yaymışdır. Məlumatda erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli fəsad və sarsıntıları farsdilli oxuculara çatdırır, faciənin ildönümü ilə əlaqədar dünyanın əksər ölkələrini əhatə edən tədbirlər haqqında məlumat verilir.

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar materiallara Meksika, Küveyt, İspaniya, İtaliya, Böyük Britaniya və digər ölkələrin kütləvi informasiya vasitələrində də geniş yer verilmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib