Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının bədii ədəbiyyatda inikası

Xocalı soyqırımının bədii ədəbiyyatda inikası

Bakı, 26 fevral, AZƏRTAC

“Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə iftixar duyacaq...”

İşğalçı və vandal Ermənistan ordusunun 366-cı motoatıcı diviziyanın köməyilə Xocalıda törətdikləri analoqu olmayan qətliamı qələmə alan erməni yazıçısı Zori Balayanın “Ruhumuzun dirçəlişi” kitabından xatırladığım bu sətirlər məni erməni vəhşiliyinin, xislətlərinin nə qədər zəhərli, məkrli olduğu, türklərə bəslədikləri sonsuz nifrət barədə faciənin 32-ci ildönümündə bir daha düşünməyə sövq etdi... Qarlı-şaxtalı bir qış gecəsində Xocalı adlı türk yurdunun iki-üç saatın içində yer üzündən silindiyi, 613 nəfər Xocalı sakininin qətlə yetirildiyi, 106 qadının, 63 uşaq və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirildiyi, meyitlərinin təhqir edildiyi, 8 ailənin həyatına son qoyularaq məhv olunduğu, 25 uşağın hər iki valideynindən, 130 uşağın isə valideynlərinin birindən məhrum edildiyi, 487 dinc Xocalı sakininin ağır yaralandığı, 1275 nəfərin isə girov götürüldüyü (o girovlardan 196 nəfərinin taleyindən hələ də xəbərimiz yoxdur!!!) o soyqırımı gözlərim önündə bir daha canlandı. Televiziya ekranlarından kadrlarını izlədikdə insanı varından yox edən o qətliamın xalqımıza vurduğu fiziki və mənəvi yaralar bu gün də sızlayır, bircə anı belə unudulmur...

Bu fikirlər filologiya elmləri doktoru Esmira Fuadın “Güney Azərbaycan yazarı Araz Əhmədoğlunun “Son tüfəng” hekayəsi üzərində düşüncələr” sərlövhəli məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.

Bu unudulmayan və unudulmayacaq yaraların sızıltıları yer üzünün ən məşum soyqırımı olan Xocalı faciəsinin bədii ədəbiyyatda əks-sədasının yaranması, bu yönlü milli yaddaşımızın uğurlu əsərlərlə formalaşması üçün “ciddi milli-mənəvi vəzifə və zəruri mənəvi ehtiyac yaratdı... (Rаmiz Qаsımоv)”

Quzey yazarlarından Nəriman Həsənzadə (“Beynəlxalq məhkəməyə, bütün millətlərə”), Əlibala Hacızadə (“Şəhid yuxuma girdi”), Fikrət Qоcа (“Hər gecə Хоcаlıdа”), Zəlimxan Yaqub (“O qızın göz yaşları”), İltifat Saleh (“Şəhid Xocalı”), Ələmdar Quluzadə (“Töhmət çələngi”, “Şəhid şəhər” və “Salam, Xocalı dərdim”), Şahmar Əkbərzadə (“Ölü torpaqlara məzar qazılmır”), Söhrab Tahir (“Xocalı qırğını”, “Dörd yaşında gəlin” və “Öldür məni”), Pünhаn Sədа (“Хоcаlı sоyqırımı qurbаnlаrınа аğı”), Nurəngiz Gün (“Хоcаlı simfоniyаsı”), Nüsrət Kəsəmənli (“Xocalı”), Ələkbər Salahzadə (“Xocalı xəcilləri”), Ədalət Əsgəroğlu (“Dərdimizin qan rəngi” və” “Xocam Xocalı), Elxan Elatlı (“Cəhənnəmdən gələn səs”), Naxçıvan ədəbi mühitinin yetirmələri olan Asim Yadigar (“Qisas qiyamətə qalmaz”), İbrahım Yusifoğlu (“Xocalım, hey...”), Zaur Vedili (“Ağlama, Xocalı”), Qafar Qərib (“Xocalıya qan yağıb”), Elxan Yurdoğlu, Lütviyyə Əsgərzadə, Хeyrullа Qurbаnоv, Sədаqət Nemət, hətta italiyalı şair-bəstəkar Davide Qualtieri (“Xocalı”) və başqaları Xocalı haraylı əsərlərində (bu ehtiyacı ödəmək üçün qələmə sarıldılar və ədəbi prosesin Qarabağ-Xocalı qanadını yaratdılar. Güneyli yazarlardan Əli Daşqın (“Əsir torpaq-Qarabağ: Xocalı”), Bəhram Əsədi (“Qarabağ”), Mir Camal İncik (“Qarabağda”), Saleh Səccadi (“Qarabağ”), Mehdi Əzimi (“Qarabağ”), Yaqub Nami (“Qarabağ”), Vüqar Nemət (“Qarabağım”), Bayraməli Hüseynzadə (“Qarabağ”), İdris Qəmgin (“Baxdı, qayıtdı”), Duman Bəxtiyar (“Qarabağım”), Mustafa Quluzadə Əliyar (“Qarabağ”), İmamverdi Samani (“Qarabağda röya”), Hacıağa Əmcədi (“Qarabağım”), Saqib Rəştəbadi (“Qarabağım, ağlama”) Maral Təbrizli (“Ay Qarabağım”), Əlirza Əmbaz (“Can Qarabağ”), Nadir İlahi (“Qarabağ”), Əlirza Əmbaz (“Can Qarabağ”), Qiblə Arbatan (“Qarabağ”), Gəştasb Abbasvənd (“Qarabağlı bayatısı”, ”Xarı bülbül”), Vəhid Sultanzadə (“Qarabağ”) öz əsərləri ilə bu prosesin daha da genişlənməsinə güc verdilər...

Güney Azərbaycan yazarı, Azərbaycan, ingilis və fars dillərini mükəmməl bilsə də, ruhunu ulusal düşüncəyə kökləyən və məhz bu ruhla əsərlərini Azərbaycan türkcəsində qələmə alan Araz Əhmədoğlu da ədəbi prosesin Xocalı qanadına güc verənlərdən, milli yaddaşı yaradanlardan oldu... O, “Son tüfəng” hekayəsini Qarabağ savaşına, Xocalı elinin işğalına, işğal zamanı törədilən tükürpədici cinayətlərə həsr edib. Araz bəy mənfur niyyətli Ermənistanın Azərbaycana qarşı uzun illərdən bəri apardığı işğalçı siyasətə münasibətini böyük ürək yanğısı ilə sərgiləyib. “Son tüfəng” hekayəsi yazarın Qarabağda ermənilərin törətdiyi ağlasığmaz cinayətləri televiziya ekranlarında gördüyü gündən bəri içində yaşatdığı dərdlərin bədii ifadəsidir. Araz Əhmədoğlu ocağımızın, süfrəmizin başında oturtduğumuz, hər işlərində kömək əli uzadıb dost bildiyimiz vandal, nankor ermənilərin haqsız torpaq iddialarının, Azərbaycan türklərinin başına açdıqları siyasi oyunların, işğal zamanı törətdikləri vəhşiliklərin, qəddarlığın, ağlasığmaz işgəncə üsullarının könlündə yaratdığı təəssüf və ağrını qələmə alır, qanlı olayların əsl mahiyyətini açır. Hər şey bu andan başlanır: “Düşmən artıq kəndə dolmuşdu. Kənddə qalanlar isə yalnız qadınlar və uşaqlar idi. Güllə səsi ilə qışqırıq, çığır-bağır, mal-heyvan mələşməsi, toyuq-cücə səsi, yanğın, tüstü kəndi bürümüşdü. Gözləri ilə gördüklərinə inana bilmirdilər kəndlilər. Heç anlaya bilmirdilər ki, bu savaş nə üçündür? Axı, kimsənin suyunu kəsib toyuğuna daş atmamışdılar! Bir yandan da savaşan əsgərlərin neçəsi bir zaman bu kəndlilərin qonşusu olub onların duz-çörəyini yemişdi. Nənə özü uzaqdan general ilə bir neçəsini seçə bilmişdi kəndin alovlarının işığında. “Vay sənin gözün çıxsın... Yaş, itin balası, nankor... Anasının əmcəyini kəsən murdar köpəyoğlu... Kaş səni öz əlimlə qapımıza ac-lüt sığındığın gün boğardım. Mən külbaş nə bilərdim qoynumda ilan bəsləyirəm? Vay səni, atası-anası bəlli olmayan murdar köpəyoğlu... qapımızdakı nökər elə general da olsa, bundan artıq ola bilməz... vay səni, itdən süd əmən...”

Düşmən qərarını vermişdi, həm də bu qərarı verən ömrünün “ac-lüt vaxtında” qapılarına sığınan, həyətlərində nökərçilik edən, indi isə general rütbəli qaniçən idi: “Buradan bir toyuq da canlı çıxmamalı. Axtarın hər dəlik-deşiyi. Qızlardan ən gözəllərini seçin, qalanlarını kefinizi sürdükdən sonra yandırın!” buyurdu genaral adamqıranlarına. Onlar tapşırığı yaxşıca yerinə yetirdilər. Çavuşlardan birinin əlində bir adam kəlləsi, neçəsinin də əlində neçə qadın alt paltarı gözə çarpırdı başdan-başa yanmaqda olan kəndin göylərə qalxan alovlarında... Bu arada əsgərlərdən biri o iki qadını uzaqdan seçib generala doğru yürüdü. General barmağı ilə meşəni göstərdi. Bu anda ondan “Atəş” buyruğu partladı, ardınca da top gülləsi...”

Hekayənin ilk sətirləri baş verən dəhşətlərin necə çətin bir hava şəraitində, burundan çıxan buğu, ağızdan buraxılan nəfəsi belə donduran qarlı-sazaqlı qış gecəsində, ölüm tozu qonmuş bir türk yurdunda - qan dənizinə döndərilmiş Xocalıda törədildiyini və qırğından sağ çıxan Xocalı sakini, yaralı gəlin-ananın tək balasının düşmən əlinə keçməməsi üçün var gücünü toplayıb dizədək qarın içində qurtuluşa doğru irəlilədiyini bəlli edir. Eyni zamanda, erməni vəhşilərindən özünü, izzəti-nəfsini qorumalı idi gəlin... Bir əlində körpəsini, digər əli ilə də vaxtilə qapılarına sığınan indiki generalın “Atəş!” əmri ilə atılan top mərmisinin yaraladığı böyründən axan qanı saxlayan gəlin sevgilərinin şahidi “Gözəllik gölü”nün yaxınlığında dayanıb əri onlara gəlib çatar deyə, bir az da gözləmək istəyir, amma elə həmin andaca nənənin son sözlərini xatırlayır: “Balam, gülüm, gözəl gəlinim, anam-bacım! Çıx get, Tanrı xatirinə, çıx get, yubanma. Çatdır balamızı o taya. Çatdır onu qohumlarımızın əlinə. Mən bir addım daha ata bilmərəm. Mənimki buracanıydı balam. Qaç qurtar canını bu kafirların əlindən, amandır! Qoyma oğlumun namusu ləkələnsin, get, durma...”

Fikrimcə, Araz Əhmədoğlu qətliamın gerçəklərini yazır və oxucunu xəyalən soyqırımının baş verdiyi zamana və məkana apara bilir...

Həm də yazıçı hekayədə evinin baş köşəsində saxlaya bildiyi son tüfənglə qoruyan igid ərin, gəlinin, körpənin və ananın, talanmış, odlara qalanmış, evləri dağıdılmış elin əslində Xocalı olduğunu anlamağı oxucunun öhdəsinə buraxır...

Şanlı Ordumuzun igid əsgərlərini 44 günlük Vətən müharibəsi zamanı ən çox düşündürən də məhz bu “ağılsız qırğın”ı törədənlərdən, işğalçı siyasətçilərdən Xocalının qisasını almaq idi... və bu qisas şanlı Şuşa Zəfərindən üç il sonra alındı...

2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan Ordusu Xankəndi, Əsgəran və Xocalını düşmən tapdağından azad etdi... Ali Baş Komandan İlham Əliyev Xankəndi, Əsgəran və Xocalı torpağının mərkəzi meydanlarında Azərbaycanın Dövlət Bayrağını dalğalandırdı. Arazın həm Güney, həm də Quzey sahilində soydaşlarımızın ruhundan bir “Oxxay!” nidası qopdu, yanan ürəklərə sanki su çiləndi, sərgərdan ruhlar huzura qovuşdular...

Bəli, milli yaddaşımızın qanla yazılmış ən ağrılı səhifələrindəndi Xocalı qətliamı... İki yüz ildən çox müddətdə erməni vandallarının - vəhşi, mədəniyyətsiz, yəni, mədəniyyət əsərlərini vəhşicəsinə dağıdan, məhv edən talançıların xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir... Əsla unutmayacaq, unutdurmayacağıq!..

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

Atatürk Universitetinin rektoru ADPU-da olub

Qəzzaya endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 38 yaralı var

Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib

Kanadada helikopter qəzaya uğrayıb, ölənlər var

İstanbulda şəhidlər yad ediliblər VİDEO

İstanbulda şəhidlər yad ediliblər VİDEO

Almaniyanın xarici işlər naziri BMT-də süni intellekt üçün qlobal təhlükəsizlik standartlarının tətbiqinə çağırıb