Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Hadisə nəticəsində təxminən 500 kvadratmetr sahədə kol-kos yanıb.
Murad Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.