“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində başladılan petisiyanın imzalanması işi davam etdirilir
Bakı, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində başladılan petisiyanın imzalanması davam etdirilir.
Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, petisiya beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə və müxtəlif ölkələrin Xarici İşlər nazirliklərinə ünvanlanıb.
Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə məlumat verilir, Ermənistan hakimiyyətinin törətdiyi bu cinayətə hüquqi müstəvidə qiymət verilməsi tələb olunur. Xocalı faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi və faciənin “soyqırımı aktı” kimi qiymətləndirilməsinə çağırış ünvanlanır.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası tarixi ədalətin bərqərar olması, bəşəriyyətə qarşı belə cinayətlərin təkrarlanmaması naminə hər bir kəsi petisiyanı imzalamağa çağırır. Petisiyanı http://justiceforkhojaly.org/petition keçidi vasitəsilə imzalamaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]