“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xaçmazda 613 ağac əkilib
Xaçmaz, 24 fevral, Elxan Yusifli, AZƏRTAC
“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xaçmaz rayonunda ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Gəndob-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsinin ətrafında 613 ədəd şam, tuya və digər ağac növləri əkilib.
Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.