Xocavənd rayonunun Bulutan kəndi
Bakı, 22 sentyabr, AZƏRTAC
Xocavənd rayonunun Bulutan kəndi rayon mərkəzindən cənubda, dağətəyi ərazidə yerləşir.
Kənd 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bulutan kəndi işğal dövründə erməni vandalizminə məruz qalıb.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 14-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Bulutan kəndinin görüntülərini təqdim edir.