Xocavənd rayonunun Dağdöşü kəndi
Bakı, 15 sentyabr, AZƏRTAC
Xocavənd rayonunun Dağdöşü kəndi dağətəyi ərazidə yerləşir. Kənd coğrafi mövqeyinə görə belə adlandırılıb.
Dağdöşü kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə ağır zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 14-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Dağdöşü kəndinin görüntülərini təqdim edir.