Xocəsən–Lökbatan avtomobil yolunun piyada keçidində təmir işləri davam edir VİDEO
Bakı, 16 avqust, AZƏRTAC
Xocəsən-Lökbatan avtomobil yolunun piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən-Lökbatan avtomobil yolunun 2-ci kilometrdə yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.
Layihəyə uyğun olaraq gecə saatlarında keçidin aşırım hissəsinin quraşdırılması həyata keçirilib.