XRİTDX: Bu ilin birinci rübündə 7,8 milyondan çox elektron poçt emal edilib
Bakı, 20 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2012-ci il 19 iyun tarixli Fərmanına əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində birinci rüb ərzində 7 milyon 839 min elektron poçt emal edilib.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan 6 milyon 908 mini istifadəçilərə çatdırılıb, 816 mini zərərli tərkibli olduğu üçün blok edilib, 115 mini isə şübhəli elektron poçt kimi karantinə götürülüb. Xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30 min əməkdaşı istifadə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib
- 06.10.2026 [15:17]
Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək
- 06.10.2026 [14:27]
“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]