XTNS-in “Azərbaycan” pavilyonunda “Poeziyanın səsi” adlı şeir axşamı olacaq
Moskva, 15 aprel, AZƏRTAC
Aprelin 22-də Moskvadakı XTNS-in “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi ilə birgə təşkil olunan “Poeziyanın səsi” adlı şeir axşamı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirin təşəbbüskarı poeziyanı peşəkar və şəxsi həyatı ilə bağlı dərin hissləri ifadə etmək vasitəsi kimi qəbul edən həkimləri birləşdirən Poeziya Klubudur. Onun bütün iştirakçıları poeziyası mərhəmət, ümid və daxili harmoniya arzusu ilə dolu olan praktik həkimlərdir.
Şeir axşamında klub üzvlərinin ifasında orijinal əsərlərlə yanaşı, çağdaş şairlərin şeirləri də təqdim ediləcək. Tədbirin ab-havası musiqi müşayiəti ilə tamamlanacaq, qonaqlar və çıxışçılar arasında qeyri-rəsmi ünsiyyətlə başa çatacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]