Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi artır
Bakı, 20 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2003-2011-ci illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478 min hektardan 880 min 975 hektara çatdırılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi və Qlobal Ekoloji Fondun texniki yardımı əsasında 2006-cı ildən başlayaraq “Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Göy-göl rayonunda 200 hektar qış otlağı bərpa olunmuşdur.
Eyni zamanda, səhralaşmanın aradan qaldırılması üçün Abşeron yarımadasında müxtəlif növ ağaclar əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]