“XX ƏSR AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ TARİXİNİN QAYNAQLARI” KİTABININ İKİNCİ CİLDİ ÇAP OLUNMUŞDUR
Bakı Musiqi Akademiyası elmi şurasının qərarı ilə çap olunmuş bu kitabda XX əsrin əvvəllərində Azərbaycan dövri mətbuatında (“Kaspi”, “Vestnik Baku”, “Tərəqqi” və s.) dərc edilmiş 300-dən artıq tənqidi, elmi-publisist məqalə, resenziya və oçerk toplanmışdır. Kitabdakı şəkillər Azərbaycan Dövlət musiqi mədəniyyəti, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət teatr və Üzeyir Hacıbəyovun ev muzeyləri tərəfindən təqdim olunmuşdur.
Musiqişünaslar və Azərbaycan musiqi mədəniyyəti tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş toplunun tərtibçisi, ön sözün, qeydlərin, lüğət və adlar göstəricisinin müəllifi Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Fərəh Əliyeva, redaktoru fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:13]
“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]