“Yalama Aqropark”da yanğının heyvandarlıq kompleksinə keçməsinin qarşısı alınıb - YENİLƏNİB - 2 FOTO VİDEO
Xaçmaz, 16 noyabr, E.Yusifli, AZƏRTAC
“Yalama Aqropark”da baş verən yanğın zamanı heyvandarlıq kompleksinə ziyan dəyməyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın artıq məhdudlaşdırılıb. Yanğınsöndürənlər tərəfindən yanğının heyvandarlıq kompleksindəki fermalara keçməsinin qarşısı alınıb.
Yanğın baş verən hissədə aqroparkın əkin sahələrindən il ərzində toplanan ot ehtiyatı vardı.
16:03
Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da baş verən yanğın bir neçə saatdır davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aqroparkın ot anbarlarından başlayan yanğının söndürülməsinə Xaçmaz və Qusar rayonlarından yanğınsöndürən briqadaları cəlb olunub.
Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.
Xəbər yenilənəcək...
15:56
Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Xəbər yenilənəcək...