Yamayka adasına tarixdə ən güclü qasırğa yaxınlaşır
Vaşinqton, 27 oktyabr, AZƏRTAC
Yamayka adasına yaxınlaşan “Melissa” qasırğası 5-ci kateqoriyaya qədər güclənib.
AZƏRTAC-ın məlumatına görə, meteoroloqlar qasırğanın güclü daşqınlara, çoxsaylı sürüşmələrə və geniş infrastruktur ziyanına səbəb olacağını açıqlayıblar.
Bu, 1851-ci ildən qasırğaların qeydə alınmağa başlamasından bu yana adaya daxil olan ən güclü qasırğa olacaq. “Melissa” qasırğasının çərşənbə axşamı gündüz Yamaykaya, daha sonra isə günün sonlarında Kubaya çatacağı, oradan isə Baham adalarına doğru getməsi proqnozlaşdırılır. Təbiət hadisəsinin ABŞ-ın materik hissəsinə təsiri gözlənilmir.
5-ci kateqoriya qasırğa Saffir-Simpson şkalasına əsasən ən yüksək göstəricidir və davamlı küləyin sürəti saatda 250 kilometri keçir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]