Yanvar-avqust aylarında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 222 milyon manat vəsait yönəldilib.
Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-a verilən məlumata görə, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 2026-cı il sentyabrın 1-nə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.
Yanvar-avqust aylarında 26 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 205 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:59]
İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub
- 18.09.2026 [13:31]