YANVAR AYINDA 34 MİNA VƏ PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, agentlik yanvar ayı ərzində 231 min 356 kvadratmetr ərazini minalardan və partlamamış hərbi sursatdan (PHS) təmizləmişdir. Həmin ərazidə 34 mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir.
Əməliyyatlara 138 istehkamçı, 15 PHS operatoru, 8 paramedik, 100-dək yardımçı işçi və 22 minaaxtaran it cəlb olunmuşdur.
İndiyədək 21 milyon 758 min 773 kvadratmetr ərazi minalardan təmizlənmiş, 11 min 738 mina və PHS zərərsizləşdirilmişdir.