YANVAR AYINDA XARİCİ TİCARƏT DÖVRİYYƏSİ335,2 MİLYON DOLLAR TƏŞKİL ETMİŞDİR
Ölkəmizə əsasən maşın və mexanizmlər, nəqliyyat vasitələri, ərzaq malları, cihaz və aparatlar, elektronika və tibb avadanlığı, kimya sənayesi məhsulları, qiymətli metallar və onlardan hazırlanmış məmulatlar idxal edilmişdir. Xatırladaq ki, 2003-cü illə müqayisədə respublikamıza gətirilən kərə yağı, çay, düyü, şəkər, təbii qaz, rezin şinlərin miqdarı azalmışdır. Yaxın və uzaq xaricə isə ərzaq, neft və neft emalı, kimya sənayesi məhsulları, az qiymətli metallar, toxuculuq məmulatları göndərilmişdir.