Yanvar-iyun aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında tomat birinci olub
Bakı, 30 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında tomat birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, cari ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (123,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (121,9 milyon ABŞ dolları), qızıl isə üçüncü (107,9 milyon ABŞ dolları) yerdə qərarlaşıb.
2021-ci ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (36,6 milyon ABŞ dolları) birinci, albalı və gilas (29,3 milyon ABŞ dolları) ikinci və qızıl (20,5 milyon ABŞ dolları) üçüncü olub.