Yanvarın 15-i Ukraynada milli matəm günü elan olunub
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-i Ukraynada milli matəm günü elan olunub. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Ukrayna səfirliyində Hüzn kitabı açılıb. Yanvarın 13-də “Qrad” reaktiv atəş sistemindən Volnovaxa şəhəri yaxınlığında Mariupol-Donetsk avtomobil yolunda blokpostun atəşə tutulması nəticəsində 12 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Terror aktı kimi təsnif edilən bu hadisə ilə bağlı cinayət işinə başlanılıb.
Səfirliyin bəyanatında bildirilir ki, dünya ictimaiyyətinin birgə səyi ilə Ukraynanın şərqində terrorizmin qarşısının alınması beynəlxalq terrorizmlə mübarizədə real addım olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]