Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP – 30 uğurlar, vəzifələr

YAP – 30 uğurlar, vəzifələr

Bakı, 15 noyabr, AZƏRTAC

Qurucusu ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası (YAP) ötən 30 il ərzində Prezident İlham Əliyevin sözləri ilə desək - “ümumxalq partiyasına” çevrilib, nüfuz qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor Vahid Novruzov deyib.

O bildirib ki, buna səbəb Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq və ictimai həmrəylik üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsini gücləndirməklə xalqımızı öz ətrafında birləşdirilməsi, dövlətimizin hərbi gücünün artırılması, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlərə imza atmasıdır. Bu göstərilənlər son 30 ildə görülmüş işlərin yalnız bir hissəsini təşkil edir. Təbii ki, YAP-ın və onun üzvlərinin qarşısında duran ən mühüm vəzifə ölkəmizin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsindən ibarət olub. Məhz əldə edilən nəticələr YAP-a xalqın etimadının gücləndirilməsinə və ölkəmizin dayanıqlı inkişafını təmin edə biləcək yeganə siyasi qüvvə kimi nüfuz qazanmasına zəmin yaradıb.

“İnkar edilməz bir faktdır ki, əldə edilən uğurlar YAP-ın rəhbərləri - ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli mənafeyinin qorunmasına, dövlətimizin təhlükəsizliyinə, iqtisadi və hüquqi islahatların aparılmasına yönəlmiş siyasəti və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin yeni dövrün çağırışları nəzərə alınmaqla müdrik və cəsarətli tərzdə davam etdirilməsi sayəsində mümkün olub. Əldə edilən uğurlar barədə YAP sədri, Prezident İlham Əliyevin sözlərini xatırlamaq yerinə düşərdi: “Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik”. Özünün 30 illik tarixi dövründə YAP həmişə Azərbaycanın əsas reallığını nəzərə alıb və düzgün inkişaf istiqamətində fəaliyyət göstərib. Azərbaycan xalqının milli mənafeləri əsas götürülməklə xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və şanlı Vətən müharibəsində Qələbə mümkün olub. Məhz tarixi köklərimizə söykənməklə və güclü irəli inkişaf yolu seçməklə, Azərbaycan reallığını qabaqcıl xarici nailiyyətlərlə zənginləşdirməklə ölkəmizin zəngin və güclü, demokratik və sivil, harmonik inkişaf etmiş ölkəyə çevrilməsinə nail olunub. Biz sübut etdik ki, nəinki tarixi ədaləti bərpa etməyə, həm də Böyük Qayıdış kimi möhtəşəm bir mərhələnin uğurlarına imza atmağa qadir xalqıq. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatların ən mühüm elementlərindən biri də onların aşkarlıq şəraitində reallaşdırılmasıdır. YAP-ın 7-ci qurultayında Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev deyib: “Yeni dövr şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür.” Dünya təcrübəsi göstərir ki, aşkarlıq özü ilə tərəqqi gətirirsə, qapalılıq mütləq tənəzzül ilə nəticələnir. Heç də təsadüfi deyildir ki, Partiyamızın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində aşkarlıq və şəffaflıq amilinə xüsusi diqqət yetirilir və bu prinsipə əməl olunması hər bir rəhbər işçinin, məmurun və Partiya üzvünün ümdə vəzifəsi hesab edilir”, - deyə V.Novruzov qeyd edib.

Palata sədri diqqətə çatdırıb ki, ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığın möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir. Ölkəmizin sosial iqtisadi inkişafının mühüm bir istiqamətini də regionların inkişafı təşkil edib. Artıq Azərbaycanda urbanizasiyanın, məskunlaşmanın yeni növü təşəkkül tapır ki, bu da Böyük Qayıdışla əlaqədar işğaldan azad olunmuş ərazilərimizin məskunlaşmasında özünü büruzə verir. Bu baxımdan kənd ərazilərinin inkişaf strategiyası, kənd təsərrüfatının və ümumilikdə kəndin modernizasiyasının sürətli tərəqqisi, “ağıllı kənd” və şəhərlərin yaradılması, ərzaq məhsulları ilə özünü təminat sahəsində əldə edilən uğurlar, yeni texnologiyaların tətbiqi, mövcud torpaq sahələrinin səmərəli istifadəsi, gələcəkdə ərzaq təminatının daha yüksək səviyyədə həll olunması üçün zəmin yaradır. Milli iqtisadi müstəqilliklə dünyəvi proses olan qloballaşma arasında optimal uzlaşmanın əldə olunması məhz Azərbaycanın iqtisadi inkişaf modelinin uğurlarından biri kimi mühüm əhəmiyyət kəsb edir. Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahididir. Prezident İlham Əliyev gələcəkdə çoxpartiyalı idarəçilik sisteminin oturuşması üçün iqtidar komandasının iradəsinin mövcudluğunu və parlamentin də bu istiqamətdə hüquqi baza yaratmalı olduğunu dəfələrlə vurğulayıb. YAP üzvü olaraq bizim üzərimizə bir vətəndaş kimi düşən vəzifələr ondan ibarət olmalıdır ki, Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin Partiyanın VII Qurultayında geniş, dərin məzmunlu və proqram xarakterli çıxışında qeyd edilən gələcək fəaliyyətlə bağlı istiqamətlər və konturlar üzrə həyata keçiriləcək işlərdə çox yaxından iştirak edək və bu istiqamətdə ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə öz töhfəmizi verək. Biz növbəti qələbə və zəfərlər yolunda Yeni Azərbaycan Partiyası ətrafında daha da sıx birləşərək irəliyə doğru inamla addımlamalıyıq.

Vahid Novruzov deyib: “Yekun olaraq bir daha qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib və bir çox uğurlara imza atıb. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək. Bir sözlə, bu gün ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi uğurlarla, müstəqilliyimizlə, dinamik inkişafımızla, qələbələrimizlə fəxr edir, çox sevinirik ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və bu ideyalar Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla, cəsarətlə həyata keçirilir. Fikrimi Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının reallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fikri ilə tamamlamaq istərdim: “Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb