YAP Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyada səfərdədir
Bakı, 18 may (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) nümayəndə heyəti Rumıniyanın hakim Demokrat Liberal Partiyası (DLP) Gənclər Təşkilatının dəvəti ilə bu ölkəyə səfər etmişdir.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi YAP ilə DLP arasındakı qarşılıqlı əməkdaşlığı partiyaların gənclər təşkilatları arasında da inkişaf etdirməkdir.
Buxarestdə gənclər təşkilatlarının nümayəndə heyətləri arasında keçirilmiş görüşlərdə münasibətlərin inkişaf etdirilməsi, fikir və təcrübə mübadiləsi haqqında razılıq əldə olunmuşdur.
YAP GB-nin nümayəndə heyətinin Rumıniyaya səfəri mayın 20-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]