Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP Mərkəzi Aparatında birgə mətbuat konfransı keçirilib

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə Azərbaycana səfərinin önəmindən bəhs edib. Şuşa şəhərində bu əlamətdar hadisə ilə bağlı keçirilən beynəlxalq konfransda iştirakdan məmnunluğunu ifadə edən qonaq tarixi türk torpağı olan Şuşanın erməni işğalından azad edilməsinin sevincini bir daha yaşadığını söyləyərək bildirib: “Şuşa erməni işğalında olduğu zaman işğalçı ermənilər Cıdır düzündə rəqs edərkən onlara “sevinməyin” dedik. Qəhrəman Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra isə ermənilər kədərləndi. Bu dəfə onlara “kədərlənməyin” dedik. Çünki bu torpaq ermənilərin deyil. Şuşaya onun sahibləri qayıtdı. Tarix, mədəniyyət beşiyi olan Şuşada səfərdə olarkən bu düşüncələri bir daha yaşadıq. Qarabağ zəfəri bütün Türkiyəni sevincə qərq etdi. Torpaqların işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm”.

Efkan Ala bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq illər keçdikcə daha da dərinləşib, güclənib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağı işğaldan azad etdiyi 44 günlük müharibə zamanı Türkiyənin həm dövlət, həm də millət olaraq azərbaycanlı qardaşlarımıza verdiyi dəstək və sonrakı əməkdaşlığımız sayəsində Türkiyə-Azərbaycan münasibətləri yeni müstəviyə qədəm qoyub. Bu çərçivədə müharibədən sonrakı dövr ərzində Azərbaycanın azad edilən Qarabağ bölgəsinin abadlaşdırılması, yenidən qurulması yolunda Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövqeyi dəfələrlə bəyan edib. İndiyə qədər iki qardaş ölkə birgə önəmli layihələr gerçəkləşdirib. Buna nümunə kimi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini və digər layihələri göstərə bilərik. Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsini 5 milyard dollara çatdırmışıq. Amma hədəfimiz bu göstəricini 15 milyard dollara və daha yüksəyə qaldırmaqdır. Partiyalarımızın münasibətlərinə gəlincə, biz ötən il əməkdaşlıq protokolu imzalamışıq və YAP-la AK Parti arasında çox güclü əlaqələr qurulub. Bu münasibətlər iki dövlətin tək milləti olaraq irəliyə doğru addımlamasında təkanverici qüvvə olacaq.

Qonaqları və tədbir iştirakçılarını salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayıb. Deyib ki, Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümündə gerçəkləşən səfər bir daha iki ölkənin qardaşlığının parlaq nümunəsidir. “İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilməsi və bu konfransda Türkiyədən böyük nümayəndə heyətinin təmsil olunması da qardaşlıq əlaqələrimizin daha bir xüsusi göstəricisidir. Xalqlarımız Türkiyə ilə Azərbaycanı bağlayan birgə mənəvi dəyərləri qoruyaraq daim bir yerdə olublar. Qeyd etdiyim konfrans “Şuşa İli”ndə, 15 İyun - Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalandığı tarixdə gerçəkləşdi. Bu üç tarixi hadisə fonunda belə bir konfransın təşkil olunması həm rəmzi məna daşıyır, həm də birliyimizin növbəti ifadəsidir. Tədbirdə AK Parti Sədrinin birinci müavini, Türk Dövlətləri Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın başçılıq etdiyi böyük nümayəndə heyətinə Türkiyənin rəsmi şəxsləri, AK Partinin və Milliyyətçi Hərəkat Partiyasının rəhbər şəxsləri, eləcə də elm adamları və digər nüfuzlu şəxslər daxil idi. Mən konfransda iştirak edən Türkiyə nümayəndə heyətinə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunmuş beynəlxalq konfransda Azərbaycanda fəaliyyət göstərən 33 siyasi partiyanın sədri iştirak etdi. Bu fakt ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiyanın göstəricisi olmaqla yanaşı, ümummilli məsələlərdə həmrəyliyimizin nümunəsidir”, - deyə T.Budaqov qeyd edib.

YAP Sədrinin müavini bu gün regionda və beynəlxalq miqyasda mühüm reallıqlardan birinin Azərbaycan-Türkiyə münasibətləri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan-Türkiyə bütün dünya üçün örnəkdir. Bu, inkaredilməz bir həqiqətdir. Çünki bu iki dövləti bir-birinə yaxınlaşdıran və bağlayan təkcə güclü strateji tərəfdaşlıq münasibətləri deyil, eyni zamanda, tarixi bağlılığımız, dostluq və qardaşlıq əlaqələridir. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Hər iki ölkənin milli maraqlarının, strateji mənafelərinin qorunması üçün bir-birinə güclü dəstək nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır.

“Təqdirəlayiq haldır ki, postmüharibə dövründə də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostrateji dizaynında müstəsna rol oynayır. Xüsusilə də ötən il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalanması tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir il ərzində böyük işlər görülüb və bu, iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına mühüm töhfədir”, - deyən YAP Sədrinin müavini xüsusi vurğulayıb ki, qarşıda dayanan hədəflərə çatmaq üçün prezidentlərimiz İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ortadadır.

Qeyd olunub ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının daimi təmaslarının, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin böyük rolu var. “Əminliklə söyləmək olar ki, partiyalarımız arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ötən ilin iyun ayında YAP və AK Parti arasında Əməkdaşlıq Protokolu imzalanıb. Əməkdaşlıq Protokolunun imzalanmasından sonra qarşılıqlı münasibətlərin, gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib və biz ortaq hədəflərimizin reallaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətimizi ardıcıl olaraq davam etdiririk. Eləcə də AK Partinin nümayəndə heyətinin də ölkəmizə səfərlər etməsi əməkdaşlığın inkişafına töhfələr verib. Bunlarla yanaşı, hər iki partiyanın birgə təşkilatçılığı ilə konfransların keçirilməsi Azərbaycan ilə Türkiyənin milli maraqlarına dair məsələlərdə faydalı və əhəmiyyətli, müzakirələrin aparılması, təmasların sıxlaşdırılması və münasibətlərin inkişafı baxımından çox önəmlidir. Bu tədbirlər bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyinin daha da gücləndirib. Şübhəsiz ki, siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz strateji müttəfiqliyi əsas və örnək götürərək əlaqələrimizi daha da gücləndirəcək, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyətimizi uğurla davam etdirəcəyik”, - deyə Tahir Budaqov vurğulayıb.

Daha sonra jurnalistlərin sualları cavablandırılıb. Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir il ərzində görülən işləri dəyərləndirən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala bildirib ki, iki ölkə liderinin imzaladığı Şuşa Bəyannaməsindən sonra ölkələrimiz arasındakı münasibətlərdə yeni dövr başladığı kimi, Qafqazda da yeni sülh perspektivi meydana gəlib. Yəni, bu sənəd təkcə Azərbaycanla Türkiyə üçün yox, bütün region üçün faydalıdır. Uzun zaman davam edən işğala son qoyulması və beynəlxalq hüquqdan irəli gələrək Azərbaycanın Qarabağı işğaldan azad etmək istiqamətində keçirdiyi əməliyyat Zəfərlə nəticələndikdən sonra yeni dövrün başladığını hamımız görürük. Bu dövrün bundan sonrakı əsası Qafqazda sülhün bərqərar olmasıdır. Bu addımın atıla bilməsi üçün Türkiyə ilə Azərbaycan önəmli təşəbbüslərlə çıxış edir. Eyni zamanda, bölgədə, həm Ermənistan, həm Gürcüstan, həm Rusiya, həm də İranla bütün sahələrdə əməkdaşlıq üçün yaxşı format təklif edilib. Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edir. Çünki hər kəs bilir ki, Azərbaycanın “yox” deyəcəyi işə biz də əvvəldən yox demişik, “hə” deyəcəyi işlərə də “hə” demişik. Bunun üçüncü variantı yoxdur. Biz heç kimin zərər çəkəcəyi siyasət aparmırıq, hər kəsin faydalanacağı birlik içərisindəyik.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə “Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə YAP və AK Partinin birgə layihələrinin həyata keçirilməsi nəzərdə tutulurmu” sualına cavab olaraq bildirib ki, bu əlamətdar hadisə ilə bağlı müxtəlif tədbirlər keçiriləcək. Həmin tədbirlərdə Türkiyədən, o cümlədən AK Partidən böyük nümayəndə heyətinin iştirak edəcəyini gözləyirik. Eyni zamanda, beynəlxalq müstəvidə birgə fəaliyyət göstərməyimiz də sıx əməkdaşlığımızın nümunəsidir. Birgə layihələrimiz bununla yekunlaşmır. Həmçinin, bu il biz digər ölkələrin, xüsusilə türk dövlətlərinin siyasi partiyaları ilə əlaqələri gücləndirmək istiqamətində yeni addımlar atmağı nəzərdə tuturuq. Bütövlükdə, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb