YAP Nizami rayon təşkilatının gəncləri Xocalı soyqırımı ilə bağlı flaşmob keçirmişlər
Bakı, 26 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının gəncləri erməni quldurları tərəfindən törədilmiş Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar flaşmob aksiyası keçirmişlər.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev parkı istiqamətində yürüş etmişlər. Gənclər aksiyaya əllərində “Xocalıya ədalət” plakatları, həmçinin üzərinə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoların olduğu geyimlər ilə qatılmışlar.
Sonra gənclər “XOCALI” sözü formasında düzülərək soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Daha sonra üzərində Xocalı soyqırımının dəhşətlərinə dair şəkillərin və məlumatların əks olunduğu hava məşəlləri səmaya buraxılmışdır.