Yaponiya 5,5 min metr dərinlikdən nadir torpaq metalları çıxaracaq
Bakı, 1 iyul, AZƏRTAC
Yaponiya 2026-cı ildə Minamitorişima adası yaxınlığında okeanın dibindən nadir torpaq metallarının hasilatına başlayacaq.
AZƏRTAC xəbər verir ki, “Nikkei Asia” portalının məlumatına görə, nadir metallar dərin dəniz qazma gəmisi ilə 5,5 min metr dərinlikdən çıxarılacaq. Beləliklə, Yaponiya dünyada bu dərinlikdən nadir torpaq metalları çıxaran ilk ölkə olacaq.
Layihəyə nəzarət edən Yaponiyanın dəniz və yer elmləri və texnologiyaları agentliyinin hesablamalarına görə, yerin dərinliklərindəki 1 ton lildə azı 2 kiloqram nadir torpaq metalları var. Ekspertlər Yaponiyanın dəniz dibinin faydalı qazıntılarla zəngin olduğu qənaətindədir: təkcə Minamitorişima adasının ətrafındakı ərazilərdə 16 milyon tonluq yataq aşkarlanıb. Bu yataq elektromobil istehsalında istifadə olunan disprozium, həmçinin nüvə enerjisi sahəsində işlədilən qadoliniumla zəngindir.
Hazırda dünyada nadir torpaq metalları istehsalının təxminən 70 faizini özündə cəmləyən Çindən idxal asılılığını azaltmağa çalışan Yaponiya müvafiq texnologiyaları fəal şəkildə inkişaf etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]