Yaponiya hökuməti “Fukusima-1” AES-də toplanmış radiasiyalı suyu dənizə axıtmağı planlaşdırır
Tokio, 9 aprel, AZƏRTAC
Yaponiya hökuməti “Fukusima-1” atom elektrik stansiyasında (AES) toplanmış radiasiyalı suyu dənizə axıtmağı planlaşdırır.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə hökumətin aprelin 13-də bəyan edəcəyi gözlənilir.
Xatırladaq ki, qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-də əmələ gələn çirkab sularının toplandığı çənlərin gələn il tam dolacağı gözlənilir. Bu suyun dezinfeksiya olunmasına baxmayaraq, onun tərkibində radioaktiv tritiumun qaldığı qeyd edilir.
Hökumətdə olan mənbələrin bildirdiyinə görə bu elementin ən kiçik hissələrə qədər bölünməsi nəzərdə tutulur. Bundan iki il sonra tərkibində həmin element olan su okeana axıdıla bilər.
Lakin bildirilir ki, ölkənin balıqçılıq sənayesi bu ideyanın qəti əleyhinə olduğunu bildirib. Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi isə problemin həlli məqsədilə Beynəlxalq Atom Enerjisi Agentliyi və digər tərəfdaşlarla problemin həllinə çalışacağını bildirib.
Eyni zamanda, Çinin və Cənubi Koreyanın da radiasiyalı çirkab sularının dənizə axıdılmasından narahatçılığını ifadə etdikləri qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]