YAPONİYADA 6,4 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
AZƏRTAC “Kiodo Susin” informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabrın 7-də Yaponiyanın mərkəzindəki Kii yarımadasında Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş vermişdir. Bu, son üç gündə həmin bölgədə qeydə alınmış artıq üçüncü zəlzələdir. Rixter cədvəli ilə 6,8 bal gücündə olan birinci və 7,4 maqnitudalı ikinci zəlzələ bazar günü və bazar ertəsi baş vermiş, yüngül sunamilərə səbəb olmuşdur. Seysmoloqlar xəbər verirlər ki, Kii yarımadasında zəlzələlər daha bir neçə gün davam edə bilər.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar digər yerlərdə də hiss olunmuşdur. Ölənlər və yaralananlar yoxdur, sunami təhlükəsi gözlənilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]