Yaponiyada torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 80-ə çatıb
Tokio, 5 iyul, AZƏRTAC
Yaponiyanın mərkəzi hissəsindəki Şizuoka prefekturasında torpaq sürüşməsinin baş verdiyi ərazilərdə axtarış-xilasetmə işləri sürətləndirilib.
AZƏRTAC prefekturanın hakimiyyət orqanlarına istinadla xəbər verir ki, güclü yağışlar nəticəsində Atami şəhərinin İzusan rayonunda baş verən torpaq sürüşmələri azı 130 tikilinin dağılmasına səbəb olub. Təbii fəlakət nəticəsində 3 nəfər ölüb.
Kurort şəhəri olan Ataminin meri Sayto Sakae bildirib ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində 80 nəfər itkin düşüb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, iyulun 5-də Şizuoka prefekturasının müxtəlif ərazilərində aramsız yağışlar davam edəcək. Agentlik əhalini ehtiyatlı olmağa çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]