Yaponiyanın Baş naziri müsəlman ölkələrindən olan diplomatlar üçün iftar süfrəsi açıb
Tokio, 12 iyun, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abenin iqamətgahında bu ölkədə akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün iftar süfrəsi təşkil edilib.
Tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak edib.
Tədbirdə çıxış edən diplomatımız ilk növbədə Baş nazirə iftar süfrəsinin təşkilinə görə minnətdarlığını bildirib, 2017-ci ildə Azərbaycan - Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunması ilə bağlı qarşılıqlı mötəbər tədbirlərin, səfərlərin planlaşdırıldığını qeyd edib. İki ölkə arasında münasibətlər, iqtisadi, o cümlədən enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlığın perspektivlərindən danışıb.
Tədbirdə iştirak edən ölkələrin, o cümlədən Azərbaycanın milli mətbəx nümunələri qonaqlara təqdim edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio