Yaponiyanın hakim partiyası sədr seçkilərində səsvermə hüququna malik şəxsləri müəyyənləşdirib
Tokio, 1 sentyabr, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) İcraiyyə Şurası qarşıdan gələn partiya sədri seçkilərində səsvermə hüququna malik şəxsləri müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, səsvermədə LDP-nin parlamentdə təmsil olunan 394 deputatı və ölkənin regionlarında yerləşən şöbələrinin 141 nümayəndəsi səsvermə hüququna malik olacaqlar. Beləliklə, partiya sədrinin seçkilərində ümumilikdə 535 nəfər iştirak edəcək.
Bununla yanaşı, şura üzvlərinin bir neçəsinin bu üsulu tənqid etdiyi və sədr seçkilərinə partiyanın bütün üzvlərinin cəlb olunmasını tələb etdiyi də bildirilir.
Xatırladaq ki, Baş Nazir Şinzo Abe avqustun 28-də səhhətində yaranan problemlərlə əlaqədar istefa verib. Baş Naziri əvəz edəcək LDP sədrinin seçkilərinin sentyabrın 14-də keçiriləcəyi, sentyabrın 17-də isə onun parlament tərəfindən təsdiq olunacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]