Yaponiyanın Xarici İşlər naziri mətbuat konfransını koronavirus təhlükəsinə görə təxirə salıb
Tokio, 11 aprel, AZƏRTAC
Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi növbəti mətbuat konfransını nazirliyin departament rəhbərinin koronavirusa yoluxması ilə əlaqədar təxirə salıb.
AZƏRTAC xəbər verir ki, aprelin 10-na planlaşdırılan mətbuat konfransı nazirlə birbaşa əlaqədə olan məmurun koronavirusa yoluxması barədə xəbərindən təxirə salınıb. Bildirilir ki, nazirliyin konsul işləri bürosunun baş direktoru 58 yaşlı Koiçi Mizuşima növbəti test zamanı koronavirusa müsbət reaksiya verib.
Qeyd edilir ki, nazirliyin sonradan verdiyi məlumata görə, həmin məmur nazirlə sıx əlaqədə olmasa da, mətbuat konfransı ehtiyat tədbiri olaraq təxirə salınıb.
Qeyd edək ki, Yaponiyada nazirlər Nazirlər Kabinetinin iclaslarından sonra həftədə iki dəfə mütəmadi mətbuat konfransları keçirirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:31]
ABŞ-la Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]