YAPONLARIN YENİ İXTİRASI QOXULARI DA İNTERNET VASİTƏSİLƏ DUYMAĞA İMKAN VERƏCƏK
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Yaponiyada qoxuların İnternet vasitəsilə ötürülməsinə imkan verən texnologiya yaradılmışdır. “En-ti-ti kommyunikeyşnz” telekommunikasiya korporasiyasının ixtira etdiyi qurğu kompüterə qoşulur və qlobal şəbəkədən alınmış məlumat əsasında xüsusi proqramın köməyi ilə avtomatik surətdə ətirlər yayır.
Diametri 30 santimetr olan bağlı vaza şəklində olan bu qurğunun içərisində müxtəlif qoxulu 32 komponent var. İxtiraçıların fikrincə, onları bir-birinə qatmaqla istənilən ətir almaq mümkündür.
Yeni ”parfümeriya generatoru” Tokionun mərkəzi elektron cihazlar mağazasında nümayiş etdirilir. Buraya gələnlərə şirkətin serverə girib, özləri üçün fərdi ətirli hoposkop yaratmaq təklif olunur.
İxtiraçılar ümid edirlər ki, yeni texnologiya xüsusilə restoran sahiblərində maraq doğuracaqdır. Çünki indi onlar İnternetdəki saytlarında təkcə müxtəlif ləziz yeməklərin rəsmləri ilə deyil, iştahaaçan qoxularla müştəriləri cəlb edə biləcəklər. Bu da qeyd olunur ki, qlobal şəbəkə ev şəraitində aromaterapiya salonu yaratmağa imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]