Yaralı bozqır qartalı reabilitasiya klinikasına təhvil verilib
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 8-də mətbuatda Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanovun ona məxsus otlaq sahəsində yaralı qartal tapması ilə bağlı məlumat yayılıb. Məlumat əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları həmin quşu götürərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartalına baytar həkimi müvafiq yardım göstərib. Reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]