Yaralı qartal Altıağac qoruğunun reabilitasiya mərkəzinə göndərilib
Ağsu, 9 mart, AZƏRTAC
Ağsu rayonunun Daşdəmirbəyli kəndində tapılan yaralı qartal Altıağac Dövlət Təbiət Qoruğunun reabilitasiya mərkəzinə göndərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 17 yaşlı Hüseyn Qasımov Daşdəmirbəyli kəndində yoldaşları ilə gəzərkən yaralı bir quşun yola düşdüyünü görüb. Hüseyn qanadından yaralı olan qartalı evə gətirərək, onun üçün yer düzəldib və qulluq edib.
Yaralı qartal daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinə təhvil verilib. Nazirlik əməkdaşları qartalı Altıağac Dövlət Təbiət Qoruğunun reabilitasiya mərkəzinə göndəriblər.