“YAŞAT” Fondu şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızının xaricdə təhsil ödənişini qarşılayıb VİDEO
Bakı, 9 fevral, AZƏRTAC
Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı Nigar Cəfərovanın xaricdə təhsil ödənişi “YAŞAT” Fondu tərəfindən ianələriniz hesabına qarşılanıb. İanələriniz üçün təşəkkür edirik!
Bu məlumat AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.