CƏMİYYƏT
“YAŞAT” Fondunun şəhidlərimizin övladlarına dəstək tədbirləri davam etdirilir
Bakı, 11 sentyabr, AZƏRTAC
“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” ASC-nin və “Roof Academic Training” MMC-nin dəstəyi ilə şəhid övladlarının dünyanın nüfuzlu universitetlərinə təqaüdlə qəbul olmasına dəstək göstərilməsi nəzərdə tutulur.
Fonddan AZƏRTAC-a bildirilib ki, proqram şəhidlərimizin 9, 10, 11-ci siniflərdə və universitetin 1-ci kursunda (yenidən bakalavr dərəcəsinə müraciət etmək istəyən) təhsil alan övladlarının bakalavriat, 3 və 4-cü kurs tələbəsi olan şəhid övladlarının isə magistr təhsilindən yararlanmasına imkan yaradacaq.
Qeyd olunan meyarlara cavab verən şəhid övladları yalnız onlayn qaydada müraciət edə bilərlər. İlkin müraciət formasını dolduran namizədlərin seçimi növbəti mərhələdə müvafiq müəssisə tərəfindən təşkil edilən fərqli mərhələlərdən ibarət müsahibə əsasında aparılacaq. Qeydiyyat üçün link “YAŞAT” Fondunun saytında yerləşdirilib.