“Yaşıl həftə” mövzusunda ekoloji-maarifləndirici kampaniya keçiriləcəkdir
Bakı, 1 sentyabr (AZƏRTAC). Sentyabrın 4-də “Təbiət dostları” Gənclər İctimai Birliyi (GİB) “Yaşıl həftə” mövzusunda ekoloji-maarifləndirici kampaniyaya başlayır.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, ətraf mühitin qorunmasına həsr olunmuş kampaniya sentyabrın 11-dək davam edəcəkdir. Məqsəd ətraf mühitlə bağlı insanları daha məsuliyyətli olmağa çağırmaqdır.
Həftə boyunca hər gün açıq havada velosiped və piyada yürüşü, müxtəlif idman və əyləncəli oyunlar, seminarlar və yeni nəslin maariflənməsi istiqamətində tədbirlər keçiriləcəkdir. Sonda isə çəkilən fotolardan ibarət sərgi təşkil olunacaqdır.
Kampaniyaya dəstək olmaq istəyənlər [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]