“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi dayanıqlı nəqliyyat vasitəsi olan velosipedlərdən istifadənin təşviqi ilə ekoloji maarifləndirməni artırmaq, vətəndaşların sağlam həyat tərzinə keçidini dəstəkləmək və karbon emissiyasını azaltmaqdır.
Layihə çərçivəsində:
Bakı şəhərində 3 gün ərzində (avqustun 1-dən 3-dək) 50 nəfərə yaxın iştirakçı yollarda ictimai davranış qaydaları, ekoloji və təhlükəsizlik tələbləri barədə maarifləndiriləcəkdir;
Velosiped nəqliyyatından istifadənin artırılması və velosiped zolaqlarına digər yol-hərəkət iştirakçılarının daxil olmaması təşviq ediləcəkdir;
Tıxacların azaldılması, sağlam həyat tərzinin təbliği və “yaşıl” yanaşmaların populyarlaşdırılması məqsədilə videoçarx hazırlanacaqdır;
“Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin və könüllülərin iştirakı”, “Şəhər planlamasında velosiped yol infrastrukturu”, “Velosiped istifadəsinin ekoloji və sağlamlıq faydaları”, “Velosiped istifadəsinin artırılması üçün innovativ ideyalar” və s. mövzularda gənclər arasında görüşlər, praktiki məşğələlər təşkil ediləcək, bununla da könüllülərin fəal iştirakı stimullaşdırılacaqdır.
Qeydiyyat:
Layihədə iştirakçı olmaq istəyənlər aşağıdakı link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərlər.
Seçim nəticələri müraciət edənlərə e-mail və ya telefon nömrəsi vasitəsilə bildiriləcəkdir.
Müraciət üçün son tarix iyulun 25-i saat 18:00-dır.
Ərizə forması: https://forms.gle/vPtMtjhdZubo57mw6
Əlaqə vasitəsi: [email protected]