Yaxın 2-3 gün ərzində hava şəraiti necə olacaq?
Bakı, 26 may, AZƏRTAC
Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bunu AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 25-30° arasında dəyişəcək.
O bildirib ki, bölgələrdə də əksər yerlərdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam saatlarında dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu günorta saatlarında 27-32° isti təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]