Yaxın günlərdə Özbəkistanın hazırladığı vaksinin sınaqlarına başlanacaq
Daşkənd, 6 aprel, АZƏRTAC
Yaxın günlərdə Özbəkistanın COVID-19 koronavirusuna qarşı hazırladığı vaksinin heyvanlar üzərində sınaqlarına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Özbəkistanın səhiyyə naziri Abduxakim Xacibayev məlumat verib. O deyib ki, Özbəkistan alimləri COVID-19-a qarşı vaksinin S zülalının ilk molekulunu yaradıblar.
Bundan əvvəl Özbəkistanın Çinin hazırladığı ZF-UZ-VAK2001 vaksininin həmmüəllifi olduğu elan edilmişdi. Bu yaxınlarda Çindən Özbəkistana 1 milyon doza ZF-UZ-VAK2001 vaksini gətirilib və aprelin 1-də ölkədə başlanan kütləvi peyvəndləmədə bu vaksindən də istifadə edilir.
Bu il iyun ayının sonuna kimi Çindən daha 5,5 milyon doza vaksin gətirilməsi planlaşdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]