Yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycanda bütün turizm obyektləri yoxlanılacaqdır
Bakı, 16 aprel (AZƏRTAC). Yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycanda bütün turizm obyektləri, o cümlədən hotel, mehmanxana və istirahət mərkəzləri yoxlanılacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycanda turizm mövsümü adətən iyunun 15-də açılır. Ona görə də yoxlamalar mayın sonunda - iyunun əvvəlində aparılacaqdır.
Nazir xidmət səviyyəsinin aşağı olduğu və lisenziyasız işləyən turizm obyektlərinin fəaliyyətinin dayandırılacağını vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]