İDMAN
Yaya Ture Çinin “Çindao Haynyu” klubunun şərəfini qoruyacaq
Bakı, 3 iyul, AZƏRTAC
İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Siti” futbol klublarının heyətində çıxış etmiş yarımmüdafiəçi Yaya Ture Çinin “Çindao Haynyu” komandasına transfer olub.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, azad agent kimi yeni kluba keçən 36 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin təfərrüatları açıqlanmayıb.
Y.Ture sonuncu dəfə Yunanıstanın “Olimpiakos” klubunun formasını geyinib. Kot-d-İvuarlı futbolçu ötən ilin dekabrında Yunanıstan təmsilçisinin heyətindən ayrılıb.
“Çindao Haynyu” klubu Çinin ikinci divizionunda çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.07.2024 [16:43]
“Sabah” serbiyalı futbolçu ilə güclənib
- 05.07.2024 [15:23]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşib
- 05.07.2024 [15:01]
UEFA Türkiyə millisinin futbolçusunu diskvalifikasiya edib
- 05.07.2024 [14:52]
İspaniya klubu Seneqal millisinin üzvünü transfer edib
- 05.07.2024 [14:30]
Azərbaycan klubu iki əcnəbi oyunçu ilə yollarını ayırıb
- 05.07.2024 [14:06]
Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub
- 05.07.2024 [13:16]