Yayda enerji istehlakının və xərcinin necə azaldıla biləcəyi mövzusunda vebinar keçiriləcək
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 10-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Sərin qal, az ödə: Yay aylarında enerji səmərəli soyutma” mövzusunda vebinar keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vebinarda Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı tərəfindən yay aylarında məişət və qeyri-yaşayış sahələrində soyutma sistemlərinin düzgün istifadəsi, kondisioner seçimi və istifadəsində enerji səmərəliliyi prinsipləri, təbii ventilyasiya imkanları, izolyasiya tədbirləri və sadə davranış dəyişikliyi ilə enerji istehlakının və xərcinin necə azaldıla biləcəyi barədə ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq.
Onlayn seminarda iştirak etmək istəyənlər iyunun 10-da saat 14:30-da Energetika Nazirliyinin feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]