Yazda havaların şaxtalı keçməsi səbəbindən Macarıstanda şaftalı məhsulunun 80 faizi məhv olub
Budapeşt, 6 iyul, AZƏRTAC
Bu il yazda havaların şaxtalı keçməsi səbəbindən Macarıstanda şaftalı məhsulunun 80 faizi məhv olub.
AZƏRTAC xəbər verir ki, Macarıstanın MTI informasiya agentliyi bu kədərli xəbəri ölkənin Bağlar Palatasının rəhbəri Bela Martonfiyə istinadla yayıb.
Ölkənin baş bağbanının sözlərinə görə, Macarıstanda şaftalı yetişdirilməsi üçün münasib şərait var, lakin bu, şaftalının bütün sortlarına aid deyil. Bundan əlavə, plantasiyalar üçün ərazini düzgün seçmək və becərmə texnologiyasına dəqiq riayət etmək lazımdır. B.Martonfinin sözlərinə görə, bağbanlar tədricən iqlim dəyişmələrinə daha yaxşı uyğunlaşan şaftalı sortlarına keçməlidirlər.
Macarıstanda sənaye miqyasında şaftalı yetişdirilməsi 1970-ci illərdə başlanıb. O vaxt şaftalı plantasiyalarının ümumi sahəsi 13 min hektara çatırdı. Bu gün isə müvafiq göstərici cəmi 3 min hektardır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]