Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransı keçirilib

Naxçıvan, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın VI konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədrinin məruzəsi

2. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti haqqında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı icra katibinin hesabatı

3. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsinin təsdiq edilməsi

4. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin tərkibinin təsdiq edilməsi

5. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi

6. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Veteranlar Şurasının tərkibinin təsdiq edilməsi

7. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin tərkibinin təsdiq edilməsi

Konfransın gündəliyi səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov konfransda məruzə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar
Respublika Təşkilatının Sədri
Vasif Talıbovun
M Ə R U Z Ə S İ

Hörmətli konfrans iştirakçıları!

Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü tamam olur.

Əlamətdar dövrdə partiyamızın və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramımızı bildiririk.

1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə dövlətçilik tariximizdə yeni mərhələnin - böyük quruculuq, inkişaf və tərəqqi dövrünün əsası qoyulmuş, müdrik dövlət xadiminin yaratdığı iqtisadi, elmi və milli potensial sonradan müstəqilliyimizin möhkəm təməlinə çevrilmişdi. Əgər Ümummilli Liderimiz Sovetlər Birliyi dövründə Azərbaycanı müstəqilliyə hazırlamışdırsa, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə isə Yeni Azərbaycan Partiyasını təsis etməklə müstəqilliyimizi və dövlətçiliyimizi qorumuşdur.

1992-ci il oktyabrın 16-da ziyalıların, tanınmış elm və mədəniyyət xadimlərinin Ulu Öndərə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini əks etdirən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə dahi şəxsiyyət 8 gündən sonra “Yeni, müstəqil Azərbaycan uğrunda” tarixi cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi əsaslandırmışdır.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanın xilası naminə yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Bu partiya yalnız xalqın istəyi ilə, xalqın təşəbbüsü ilə yaranan partiyadır”.

Ötən dövr bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının milli iradəsini əks etdirən dünənin, bu günün və gələcəyin partiyasıdır. Ölkəmiz Yeni Azərbaycan Partiyasının proqramının həyata keçirilməsi nəticəsində yüksək inkişafa nail olmuşdur. Azərbaycanda sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, quruculuq işlərinin həcmi artmış, əhalinin rifahı yüksəlmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurmuş, ölkə Prezidenti tərəfindən isə bu yol davam etdirilərək inkişaf və tərəqqiyə, sabitliyə və yüksək rifaha nail olunmuş, torpaqlarımız işğaldan azad edilmişdir.

Müdriklər deyirlər ki, sağlam ideologiya ordulardan daha qüdrətlidir. Böyük mübarizə yolu keçən Yeni Azərbaycan Partiyasının gücü də sağlam ideologiya və prinsiplərə əsaslanmasındadır.

Artıq bu bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan bütün sahələr üzrə uğurlara nail ola bilibdir. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib”.

Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı da Ümummilli Liderimizin və ölkə Prezidentinin tövsiyələrini əsas tutaraq böyük inkişaf yolu keçmişdir. Partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatı, eləcə də şəhər və rayon təşkilatları üçün yeni inzibati binalar istifadəyə verilmiş, qəsəbə və kənd mərkəzlərində ərazi ilk partiya təşkilatları ayrıca iş otaqları ilə təmin edilmişdir.

Əgər 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında 1118 Yeni Azərbaycan Partiyası üzvü vardısa, hazırda partiyanın muxtar respublika təşkilatı öz sıralarında 58 minə yaxın üzvü birləşdirmişdir. Partiya üzvlərinin 25 min nəfərdən çoxu qadın, 24 minə yaxını isə gənclərdir. Bu gün partiyanın muxtar respublika təşkilatı üzvlərinin 55 faizini ali və orta ixtisas təhsillilər təşkil edir.

Hesabat dövründə ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, eləcə də referendumda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvləri aktiv iştirak edərək partiyanın siyasi nüfuzunu qoruyub saxlamışlar.

Partiyanın muxtar respublika təşkilatınınn2014-cü ildə keçirilmiş beşinci konfransı ilə onun altıncı konfransı arasında olan müddət ərzində Naxçıvanda əldə olunan nailiyyətlər Ulu Öndərin Yeni Azərbaycan Partiyasının proqramında müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter almış, bütün iqtisadi göstəricilər üzrə artım dinamikası qorunub saxlanılmışdır. Bu illər ərzində muxtar respublikada ümumi daxili məhsul istehsalı 22 faiz artaraq 2 milyard 900 milyon manata çatmışdır.

Naxçıvan Muxtar Respublikası əvvəlki illərdə olduğu kimi geniş quruculuq meydanına çevrilmiş, 105 elm və təhsil ocağı, 188 mədəniyyət və 15 idman obyekti, 81 səhiyyə müəssisəsi, 131 inzibati bina, 30 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, 458 kilometrlik yeni avtomobil yolu çəkilmiş, sahibkarlığın inkişafına diqqət artırılmış, 20 minə yaxın iş yeri açılmışdır.

Muxtar respublikada müdafiə, ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər də ardıcıl şəkildə davam etdirilmiş, 100-dən çox hərbi obyekt, 491 istehsal və xidmət sahəsi, yeni su və günəş elektrik stansiyaları istifadəyə verilmişdir.

Əldə olunmuş nailiyyətlər demoqrafik inkişafa da öz təsirini göstərmiş, ötən dövrdə muxtar respublikanın əhalisi artaraq 461 min nəfərdən çox olmuşdur.

Hörmətli konfrans iştirakçıları!

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir ki, “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik”.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində yeni dövr başlayır. Təşkilat öz işini bundan sonra da ümummilli liderimiz Heydər Əliyev tərəfindən partiyanın proqramında irəli sürülmüş və ölkə Prezidentinin Yeni Azərbaycan Partiyasının yeddinci qurultayında müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində qurmalıdır.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı partiya-təşkilat işini daha da gücləndirməli, partiya orqanlarının və yerli təşkilatların fəaliyyəti yeni tələblərə uyğunlaşdırılmalıdır.

Müstəqilliyimizin və dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət istiqamətidir. Ümummilli Liderimiz deyirdi ki, “Azərbaycanda dövlətin qarşısında duran vəzifələr, Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdir”. Dahi şəxsiyyətin bu fikirləri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən bundan sonra da əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilməli, partiya üzvləri ictimai-siyasi proseslərdə və həyata keçirilən sosial-iqtisadi islahatlarda yaxından iştirak etməlidirlər.

Milli dövlətçilik təfəkkürünə və zəngin elmi-intellektual potensiala malik olan, vətənpərvər və ictimai cəhətdən fəal gənclər yetişdirmək Yeni Azərbaycan Partiyasının Proqramında əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi gənclərlə işi və onların sağlam vətəndaş kimi formalaşmasını, Ulu Öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsini diqqətdə saxlamalı, bu istiqamətdə sistemli və nəticəli tədbirlər həyata keçirilməlidir.

Yeni Azərbaycan Partiyası əqidə partiyasıdır. Ona görə də partiya sıralarına yeni üzvlərin qəbulu zamanı sağlam təfəkkürlü, dövlətçiliyə bağlı və vətənpərvər gənclərə üstünlük verilməlidir.

O partiya güclüdür ki, onun cəmiyyətin hər bir təbəqəsini əhatə edən ideoloji istiqamətləri vardır. Bu səbəbdən də partiyada qadınlarla işə ciddi diqqət yetirilməli, onların muxtar respublikanın ictimai-siyasi həyatında aktiv iştirakı təmin olunmalıdır.

Ümummilli Liderimiz deyirdi ki, “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”. Çalışıb ona nail olmaq lazımdır ki, hər bir üzv öz fəaliyyətində partiyanın prinsiplərini əsas götürsün, onun nüfuzunu qorusun, azərbaycançılıq ideyalarını təbliğ etsin, ictimai-siyasi məsələlərdə aktivlik göstərsin, fəal vətəndaş mövqeyi tutaraq milli dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yaşadılması işində yaxından iştirak etsin.

Partiya işinin təşkilində vacib məsələlərdən biri də düzgün təbliğat mexanizminin müəyyənləşdirilməsidir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan inkişaf, qazanılmış tarixi Qələbə məhz Yeni Azərbaycan Partiyasının platformasında nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində mümkün olmuşdur. Ona görə də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı yerli təşkilatlarla birlikdə vətəndaşlarla işə üstünlük verməli, həyata keçirilən tədbirlərin mahiyyəti onlara düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalıdır.

Partiyamızın Naxçıvanda yaranaraq təşkilatlanması onun muxtar respublika təşkilatının nümunə gücündə olmasını şərtləndirir. Bu amil daim diqqətdə saxlanmalı, partiya işi daha mütərəqqi formada inkişaf etdirilməli, qarşıya qoyulan tapşırıqların icrasına və nizam-intizama nəzarət gücləndirilməlidir.

Hörmətli konfrans iştirakçıları!

Yeni Azərbaycan Partiyasının məramnaməsi müstəqil Azərbaycan dövlətinin milli ideologiyasıdır. Ulu öndər Heydər Əliyevin yolu dünən və bu gün olduğu kimi, gələcəkdə də dövlətçiliyimizin və müstəqilliyimizin təminatıdır. Ölkə Prezidentinin də dediyi kimi: “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir. Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”.

Bu yolda hamınıza uğurlar arzulayıram.

Sağ olun!

X X X

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi Anar İbrahimov hesabat verərək deyib ki, konfranslararası dövrdə partiyanın say tərkibinin artımında müsbət irəliləyişlər əldə edilib. V Konfransda partiya üzvlərinin sayı 51025 nəfər olmuşdursa, hazırda üzvlərin sayı 57915 nəfərdir. Onlardan 25666-ı qadınlar, 23594-ü gənclərdir. Bu gün təşkilat üzvləri bütövlükdə Yeni Azərbaycan Partiyası üzvlərinin 7,5 faizini təşkil edir. Ötən dövr ərzində partiya sıralarına 8665 üzv qəbul olunub. Bu gün partiya uçotunda duranların 30-u elmlər, 176-sı fəlsəfə doktorlarıdır. Bununla yanaşı, üzvlərin 18,8 faizi təhsil, 6,8 faizi səhiyyə, 4,8 faizi elm, mədəniyyət və incəsənət sahəsində, 5,5 faizi idarəetmə strukturlarında, 47,5 faizi digər sahələrdə çalışanlardan, 3,8 faizi təqaüdçülərdən, 5,1 faizi tələbələrdən ibarətdir. Hazırda muxtar respublikanın rayon (şəhər) təşkilatlarının 506 ərazi ilk partiya təşkilatları mövcuddur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə ötən dövrdə 587 müxtəlif tədbir keçirilib, 552 İdarə Heyəti, 185 Şura yığıncağı olub. Konfranslararası dövrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 6 seçki kampaniyasında iştirak edib və qələbə qazanaraq siyasi nüfuzunu və sosial dəstəyini bir daha nümayiş etdirib.

Gündəlikdə duran üçüncü məsələ ilə bağlı bildirilib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII növbədənkənar Qurultayında partiyanın yeni Nizamnaməsi qəbul olunub və partiyanın strukturunda dəyişikliklər edilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsini də həmin dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə yeni Əsasnamə hazırlanıb.

Əsasnamədə edilən dəyişikliklər barədə Təşkilatın İcra katibi Anar İbrahimov məlumat verib, Əsasnamə səsə qoyularaq qəbul olunub.

Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin tərkibi təsdiq edilib.

Ali Məclisin Sədri hesabat dövrü ərzində birgə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərinə, partiyanın təəssübkeşlərinə, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik xəttinə sədaqət göstərənlərin hamısına bir daha təşəkkür edib, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib və konfransı bağlı elan edib.

Sonda tədbir iştirakçıları Naxçıvan Televiziyasının Yeni Azərbaycan Partiyası ilə bağlı hazırladığı filmə baxıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb