YENİ ELEKTRON TİPLİ ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
Qazax şəhərində qardaş Türkiyədə istehsal olunmuş ES-12 elektron tipli 500 nömrəlik yeni ATS quraşdırılaraq iştifadəyə verilmişdir. Qazax rayon telekommunikasiya qovşağının rəisi Nizaməddin Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, rayonun sərhəd kəndləri Fərəhlidə müharibə vaxtı dağıdılmış 50 nömrəlik ATS bərpa edilmiş, Cəfərlidə NAT avadanlığı quraşdırılaraq abonentlərə beynəlxalq əlaqəyə çıxış üçün imkan yaradılmışdır. Digər sərhəd kəndi Çaylıda da son iki ildə 200 nömrəlik ATS genişləndirilərək 900 nömrəyə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]