Yeni əsərə müəlliflik hüququ verilmişdir
Bakı, 15 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun elmi əsərləri” jurnalının 2011-ci il iyul buraxılışında “Xəzər dənizinin neft-qaz yataqlarının faunası” adlı məqalə dərc olunmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Ekologiya İdarəsi tərəfindən mütəmadi keçirilən ekspedisiyalar zamanı Xəzər dənizinin Azərbaycan sektorundan götürülən dib nümunələrində, qumkimilərə məxsus olan Volgocuma caspia sp.nov yeni növünün aşkar olunmasına dair məlumat dərc olunmuşdur. Məqalədə bu növün arealı, təsviri, bioekoloji xüsusiyyətləri və taksonomiyası barədə ətraflı bəhs edilmiş, Xəzər dənizində Cumacea fəsiləsinin 8 cinsə aid 18 növünün mövcudluğu və onlardan 2 cins və 6 növün Xəzər dənizinin endemləri olması əksini tapmışdır.
Məqalə dərc edildikdən sonra elm üçün yeni olan Volgocuma caspia sp.nov növünü qeydiyyatdan keçirmək xahişi ilə Müəllif Hüquqları Agentliyinə müraciət olunmuşdur. Bu məqsədlə tələb olunan sənədlər həmin quruma təqdim edilmiş və həmin məqaləyə qeydiyyat nömrəsi və müstəsna müəlliflik hüquqları verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]