YENİ FİLMDƏ ERMƏNİLƏRİN TÜRKİYƏDƏ TÖRƏTDİKLƏRİ VƏHŞİLİKLƏR ƏKS OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, “Salnamə” kinostudiyası yeni “Birinçi dünya savaşı” adlanan xronikal-sənədli filmin çəkilişlərinə başlamışdır.
Filmin quruluşçu rejissoru İqbal Məmmədəliyevdir.
İki hissəli, tammetrajlı filmdə Türkiyədən alınan torpaqlarda Ermənistan respublikasının yaradılmasından bəhs edilir. Rusiya imperiyasının Cənubi Qafqazda işğal aktı törətdikdən sonra erməni dövlətinin təşkili üçün zəmin yarandığını əks etdirən bu filmdə ermənilərin Türkiyədə törətdikləri vəhşiliklər, onların türklərə qarşı zorakılığı, şəhərlərin viran qoyulması əks olunmuşdur.
Studiyanın direktoru Tofiq Məmmədov bildirmişdir ki, filmin yaradıcı heyəti törədilən vəhşiliklərlə bağlı kadrları lentə almaq üçün Qars, Ərzurum, Sarıkamış şəhərlərində olmuş, filmdə Türk kinoxronikasından, arxiv sənədlərindən də istifadə edilmişdir.
Krım, Kazan şəhərlərində, Türkmənistan və Qazaxıstanda da çəkilişlər aparılması planlaşdırılır.
Filmin 2007-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]