YENİ MƏKTƏBLƏR TİKİLƏCƏK
Sabirabad Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində rayonun Axtaçı-Muğan kəndində 200, Çığırqan kəndində 100 yerlik məktəb binaları istifadəyə verilmiş, bu il isə Kürkəndi kəndində 150, Əsgərabad kəndində isə 100 yerlik orta təhsil ocaqlarıının tikintisi nəzərdə tutulmuşdur. Artıq bu obyektlər üçün torpaq sahələri ayrılmış, layihə-smeta sənədləri hazırlanmışdır. Podratçı təşkilat müəyyənləşdirildikdən sonra inşaat işlərinə başlanacaqdır.