YENİ SƏRƏNCAM ÖLKƏ PREZİDENTİNİN QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ QAYĞISININ PARLAQ TƏZAHÜRÜDÜR
Rayon icra hakimiyyətinin başçısı, Dövlət Komissiyasının üzvü Həsən Sarıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, yeni salınacaq qəsəbələrin baş planlarının və infrastruktur obyektlərinin layihələri üzərində iş başa çatdırılmaq üzrədir.
Dövlət Proqramında məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğun azaldılması üçün tədbirlər müəyyənləşdirilmişdir. Rayonumuzda meyvə-tərəvəzin ilkin emalı, gön-dəri, yun tədarükü müəssisələri, kərpic, xalçaçılıq sexləri, ticarət mərkəzləri inşa olunacaqdır. Yeni salınmış qəsəbələrdə təzə iş yerləri, istehsalat sahələri yaradılacaq, köçkünlər üçün müxtəlif peşə və ixtisaslar üzrə hazırlıq kursları təşkil olunacaqdır. Məcburi köçkün ailələrinə əkin və otlaq sahələri ayrılacaq, onlara əvəzsiz maliyyə yardımı veriləcəkdir. Səhiyyə müəssisələrində köçkünlərin pulsuz müayinə və müalicəsi, dava-dərmanlarla təmin olunması həyata keçiriləcəkdir. Əmək yarmarkaları təşkil olunacaq, bu sahədə digər zəruri tədbirlər görüləcəkdir. İndi rayonumuzda bütün qüvvələr Prezidentin məlum Sərəncamının icrasına yönəldilmişdir.