Yeni sorğuya əsasən, Keyt Middlton kral ailəsinin ən populyar üzvüdür
London, 10 aprel, AZƏRTAC
Uels şahzadəsi Keyt Middlton Britaniya kral ailəsinin ən populyar üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, Britaniyanın beynəlxalq internet əsaslı bazar araşdırması və məlumat analitik şirkəti “YouGov”un keçirdiyi yeni sorğuya əsasən, britaniyalıların 76 faizi Keytə müsbət münasibət bəsləyir. Bununla da o, kral ailəsinin ən populyar üzvü seçilib. Bu göstərici ilin əvvəlindən bu yana altı ballıq artım deməkdir.
Keyt Middltonun populyarlığının artmasına səbəbi kimi bu yaxınlarda xərçəng xəstəliyinə tutulduğunu etiraf edən videomesaj yayması göstərilir.
Qeyd edək ki, Keyt Middlton Kral Çarlzın varisi, Uels Şahzadəsi Uliyamla evlidir. Onların üç övladı var.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]